10 noyabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün "Vəkillik-əsrlərdən bu günə" mövzusunda seminar təşkil edilib.
Tehsil.biz xəbər verir ki, seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə tərəfindən təqdim edilib.
Seminarda vəkillik fəaliyyəti, vəkilliyin inkişaf tarixi, vəkillərin hüquqi statusu haqqında, eləcə də vəkillərin peşə fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər və maraqlı məqamlar barədə tələbələrə praktiki biliklər verilib.
Sonda auditoriyanı maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.